BAKI, 28 oktyabr. TELEQRAF
ABŞ administrasiyası Braziliyada prezident seçkilərində məğlub olan və ölkəni tərk edən senator Flaviu Bolsonaruya viza verib.
Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” agentliyi ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
Rəsmi bildirib ki, Flaviu Bolsonaru və ailə üzvlərinə ABŞ vizası veriləcək və onların ölkəyə girişinə icazə yaradılacaq.
Bundan əvvəl “CNN Brasil” telekanalı mənbələrinə istinadən Bolsonarunun məhkəmənin ölkədən çıxış qadağasına baxmayaraq, Braziliyanı tərk etdiyini açıqlayıb.
Məlumata görə, Braziliyanın keçmiş prezidenti Jair Bolsonarunun oğlu olan Flaviu ailəsi ilə birlikdə ABŞ-yə yollanıb.
Braziliya Prezidenti Luis İnasiu Lula da Silva da Flaviu Bolsonarunun ölkədən getməsindən xəbərdar olduğunu təsdiqləyib.