BAKI, 27 oktyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası açıqlama yayıb.
Liderlər Türkiyə-Fransa ikitərəfli münasibətlərini, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni Baş katibinin seçilməsi prosesinə də toxunan Ərdoğan bildirib ki, yeni Baş katib BMT-ni yenidən çoxtərəfliliyin mərkəzinə çevirə biləcək, zəruri islahatları səmərəli şəkildə həyata keçirmək üçün müvafiq baxışa və təcrübəyə malik olmalıdır.
Türkiyə Prezidenti həmçinin Makronu ölkəsində keçiriləcək COP31 Liderlər Sammitinə dəvət edib.