ABŞ iki ölkə arasında rəqabətin hərbi münaqişəyə çevrilməməsini təmin etmək üçün Çinlə açıq əlaqə kanallarını saxlamaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin hesabatında deyilir.
“Müdafiə Nazirliyi rəqabətin münaqişəyə çevrilməməsini təmin etmək üçün Çin ilə açıq əlaqə kanallarını saxlamaq niyyətindədir. Hərbi rabitə kanallarının məqsədləri böhranın qarşısının alınması, strateji və əməliyyat risklərinin azaldılması, tərəflər arasında anlaşılmazlıqların aradan qaldırılmasıdır”, - sənəddə qeyd olunur.