Gürcüstan müxalifətinin oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra ölkədə iğtişaşlar təşkil etmək üçün resursu yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu respublikanın baş naziri İrakli Kobaxidze deyib.
"Onlar (müxalifət), təbii ki, seçkilərin nəticələrini qəbul etməyəcəklər, lakin onların ölkədə iğtişaşlar yaratmaq üçün resursları yoxdur", - Kobaxidze qeyd edib.