ABŞ Prezidenti Co Baydenin Uilminqton şəhərindəki şəxsi evində “gizli” qeyd olunan daha beş səhifəlik sənəd tapılıb.

Teleqraf.com "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının vəkili Riçard Sauber məlumat verib.

O bildirib ki, yanvarın 11-də tapılan sənədlərin ABŞ Ədliyyə Nazirliyinə təhvil verilməsinə kömək etmək üçün o yanvarın 12-də Uilminqtona yola düşüb.

Vəkilin sözlərinə görə, əvvəllər tapdığı sənədlər paketini onu müşayiət edən Ədliyyə Nazirliyinin əməkdaşlarına təhvil verərkən, materiallar arasında təsnifat nişanı olan əlavə beş vərəq, ümumilikdə altı səhifə aşkar edilib.

"Mənimlə olan nazirlik rəsmiləri onları dərhal ələ keçirdilər"- deyə Sauber bildirib.