Rusiya Prezidenti Vladimir Putinin Türkiyənin Ukrayna müharibəsində vasitəçilik cəhdləri ilə bağlı bütün səylərinə baxışı müsbətdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
"Hazırda bizim səylərimizə cənab Putinin baxışı müsbətdir, bunun üçün hətta minnətdarlığını da bildirir. Bizə çox fərqli təklifləri də var idi. İnşallah, təbii qaz, Akkuyu və digər məsələlərdə həmrəyliyimizi eynilə davam etdiririk və etdirəcəyik", - Ərdoğan vurğulayıb.