ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin indiki siyasətinin “uğursuz” olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, eks-prezident ABŞ vətəndaşlarından Baydenin uğursuzluğundan sonra onun üçün darıxıb-darıxmadıqlarını soruşub.
“COVID-19 pandemiyası nəzarətdən çıxır, mağazalarımızda az sayda məhsullar tədarük zəncirimizi qırır. Əfqanıstanda alçaldıldıq, sərhədimizdəki durum fəlakətlidir, qazın qiymətləri və inflyasiya sürətlə artır”, - Tramp qeyd edib.
Baydeni “uğursuz” adlandıran Donald Tramp ABŞ vətəndaşlarından soruşub: “Mənim üçün hələ də darıxmamısınız?”.