Türkiyə “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizə ilə bağlı ABŞ-a şərtlərini açıqlayıb.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, ABŞ tərərfi Ankaranın şərtlərini qəbul edib.
Şərtlərə əsasən Kobanidə yaradılacaq müdafiə qoşunları (Demokratik İttifaq Partiyası (PYD) və PKK təşkilatının nəzarətinə keçməyəcək. Suriya Milli Məclisinin qərarı ilə bütün kürd qruplardan ibarət olan bir təhlükəsizlik qüvvəsi yaradılacaq.

İkinci şərt PYD-nin demokratik muxtariyyət tələbinə tez bir zamanda icazə verilməyəcək.
Sonuncu şərt isə İŞİD terroru sona çatdıqdan sonra qurulan yeni hökumətdə xalqın qərarına hörmətlə yanaşılacaq.

Samir