İsrail Hərbi Hava Qüvvələrinin komandanı Amikam Norkin yaxın vaxtlarda Körfəz ölkələri ilə birgə təlimlərin keçirilə biləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Norkin birgə təlimlərə qatılan ölkələrin adlarını çəkməyib.

O, İsrail və Körfəz ölkələri arasında imzalanan normallaşma müqavilələrinin böyük və strateji fürsət olduğunu deyib:

“Körfəz ölkələrinin Hərbi Hava Qüvvələri ilə ortaq təlimlərin keçiriləcəyini görmək üçün uzun zaman gözləmək lazım gəlməyəcək”.

Son vaxtlar Körfəzdəki ərəb dövlətləri - Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, eləcə də Sudan və Şimali Afrika ölkəsi Mərakeş İsraillə diplomatik əlaqələr quraraq münasibətlərdə normallaşma addımları atıblar.