BAKI, 24 sentyabr. TELEQRAF
Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Rostov və Kuban bölgələrində neft bazalarına dronlarla zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, PUA qalıqlarının düşməsi nəticəsində Kaqalnitski rayonunda yerləşən neft bazasının inzibati binalarına ziyan dəyib. O, həmçinin Taqanroq və Neklinovski rayonlarında dronların vurulduğunu açıqlayıb.
Krasnodar vilayəti də hücuma məruz qalıb. Regionun operativ qərargahından bildirilib ki, PUA qalıqlarının düşməsi səbəbindən Donskoy rayonundakı müəssisələrdən birinin ərazisində yanğın baş verib. Məlumata görə, söhbət Novotitarovskadakı neft bazasından gedir.