“Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlməsi üçün dua etmişəm”.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin Daxili İşlər naziri Arye Deri deyib.
“Tramp ötən dörd il ərzində yəhudilərə və İsrail dövlətinə olan sədaqətini təsdiq etdi. Bu seçkilərdə də onun udması üçün dua edirəm”, - nazir bildirib.
Trampın rəqibi Co Baydenin də İsrailin dostu olduğunu söyləyən Deri Trampın məğlub olmasına isə İran, Hizbullah və “Həmas”ın sevinəcəyini vurğulayıb.