BAKI, 8 oktyabr. TELEQRAF

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının dördüncü yarış günündə Azərbaycan təmsilçisi Südabə Ağayeva mübarizəyə başlayıb.

Teleqraf xəbər verir ki, qadınların -70 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz ilk görüşünü 1/32 final mərhələsində keçirib.

Ağayeva bu mərhələdə İspaniya təmsilçisi Ai Tsunoda Roustantla qarşılaşıb.

Təmsilçimiz rəqibinə məğlub olaraq mübarizəni dayandırıb.