BAKI, 10 oktyabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) ABŞ-nin Rusiya dizel yanacağının idxalına icazə vermək qərarından olduqca narazıdır və buna cavab olaraq Moskvaya qarşı 22-ci sanksiya paketini qəbul etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas özünün "X" hesabında bildirib.

O qeyd edib ki, sanksiyaların bu formada yumşaldılması Rusiyanın hərbi gücünü artıracaq:
“Rusiya dizel yanacağına tətbiq edilən sanksiyaların dayandırılması Moskvaya müharibəni aparmaq üçün əlavə gəlirlər təmin edəcək. İndi Rusiyaya təzyiqi azaltmağın vaxtı deyil və Avropa bunu etməyəcək. Oktyabrın 12-də Lüksemburqda keçiriləcək Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında Rusiya hərbi sənayesinə yönəlmiş ən böyük "qara siyahı" təsdiqlənəcək”.