BAKI, 10 oktyabr. TELEQRAF
Amerikalı aktrisa və rejissor Oliviya Uayld "Oskar" kino mükafatının tarixində yeni bir rekorda imza ata bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
Bildirilib ki, o, eyni filmlə həm rejissor, həm də aktrisa kimi "Oskar"a namizəd olan ilk qadın ola bilər.
Söhbət Uayldın rejissorluq etdiyi üçüncü ekran işi olan "Dəvət" (The Invitation) filmindən gedir.
Qeyd edək ki, Amerika Kino Akademiyasının tarixi ərzində kişi rejissorlar öz filmlərindəki aktyorluq oyununa görə 20 dəfə "Oskar"a namizəd olublar. Onlardan səkkizi eyni vaxtda həm rejissorluq, həm də aktyorluq kateqoriyasında namizədlik qazanıb.