BAKI, 10 oktyabr. TELEQRAF

Fələstin Prezidenti Mahmud Abbas ümumi seçkilərin 2027-ci il sentyabrın 11-də keçirilməsi barədə yeni fərman imzalayıb.

Teleqraf "WAFA" agentliyinə istinadla xəbər verir ki, o bununla parlament seçkilərinin 2026-cı il noyabrın 28-nə təyin edilməsinə dair əvvəlki sərəncamını ləğv edib.

Bildirilib ki, səsvermənin təxirə salınmasına İsrailin Fələstin Mərkəzi Seçki Komissiyasının əməkdaşlarının Qəzza zolağına girişinə qadağa qoyması səbəb olub.