BAKI, 10 oktyabr. TELEQRAF
Amerikalı rəsmilər Stiven Uitkoff və Cared Kuşner yaxın bir neçə gün ərzində Moskvaya səfər edəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Prezidentlər Rusiyadan dizel yanacağının tədarükü məsələsini müzakirə ediblər. Razılaşmaya uyğun olaraq Rusiyanın dizel ixracına qoyulan məhdudiyyətlər aradan qaldırılacaq.