BAKI, 11 mart. TELEQRAF

Azərbaycan cüdoçuları Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Çexiyanın Nimburk şəhərində keçirilən Olimpiya Təlim Düşərgəsində iştirak edir.

Teleqraf xəbər verir ki, hazırlıq prosesinə milli komandaların 19 üzvü (9 kişi, 10 qadın) cəlb olunub.

Azərbaycan cüdoçularına kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdullatif rəhbərlik edir.

Təlim-məşq toplanışı 21-23 mart tarixlərində Gürcüstanda keçiriləcək Tbilisi Böyük Dəbilqə turnirinə, həmçinin qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, Olimpiya Təlim Düşərgəsi 17 martda başa çatacaq.