BAKI, 17 may. TELEQRAF

Azərbaycandan Həcc ziyarətinə yola düşən ilk zəvvar qruplarının təyyarəsi Ciddə şəhərinə eniş edib.

Bu barədə Teleqraf -a Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

"Zəvvarlar Ciddəyə sağ-salamat çatdılar, hər şey yaxşıdır. Zəvvarlar birazdan Cöhfəyə çıxacaqlar", - o vurğulayıb.

O qeyd edib ki, gün ərzində ikinci zəvvar təyyarəsi Bakı vaxtı ilə vaxtla 17:40-da havaya qalxacaq.

"Təyyarə Bakı vaxtı ilə 11-ə qalmış Ciddəyə eniş edəcək. Zəvvarlar oradan birbaşa Məkkəyə gedəcəklər. Hər iki təyyarədə olan ümumi 8 zəvvar qrupu gecə saatlarında Məkkəyə çatacaq", - o vurğulayıb.

***

06:30

Bu gün ilk zəvvar qrupları Azərbaycandan Həcc ziyarətinə yola düşüb.

Bu barədə Teleqraf-a Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, ümumilikdə zəvvarları Həcc ziyarətinə 7 təyyarə aparacaq. Sonuncu zəvvar təyyarəsi mayın 21-də Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxacaq.

"Hər təyyarədə 4 zəvvar qrupu olmaqla 180 nəfər olacaq", - o vurğulayıb.

Qeyd edək ki, Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.