BAKI, 28 oktyabr. TELEQRAF
Bakının Yasamal rayonunda məktəblinin ölməsi faktı ilə bağlı araşdırma başlanıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi məktəbin 4-cü mərtəbəsindən yıxılıb və aldığı xəsarətlərdən ölüb.
Faktl ilə bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bədbəxt hadisə bu gün saat 10:30 radələrində baş verib.