BAKI, 16 iyun. TELEQRAF

“Türkiyə və Ermənistan arasında dəmir yolunun mümkün qədər tez açılmasını gözləyirik”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan hökumətinin Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

Rubinyan Gümrü-Qars dəmir yolunun bərpası üçün ikitərəfli komissiyanın yaradıldığını xatırladıb.

“Dəmir yolunun mümkün qədər tez istifadəyə verilməsini, eləcə də bütün razılaşmaların yerinə yetirilməsini gözləyirik”, - o bildirib.

Türkiyənin üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması ilə bağlı razılaşmanı niyə yerinə yetirmədiyi soruşulduqda, Rubinyan bilmədiyini, amma bu razılaşmanın həyata keçiriləcəyinə və müvafiq addımların buna töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.