BAKI, 4 iyun. TELEQRAF
Rusiya Ermənistandan idxal olunan məhsulların qarşısına heç bir süni maneə və ya məhdudiyyət qoymur, hazırda həyata keçirilən yoxlamalar isə tamamilə standart prosedur xarakteri daşıyır.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk "RIA Novosti"yə müsahibəsində Ermənistan mallarına qarşı tətbiq edilən son tədbirləri şərh edərkən bildirib.
A.Overçukun sözlərinə görə, mövcud vəziyyət mövsümi amillərlə bağlıdır və burada hər hansı siyasi yaxud iqtisadi alt mətn axtarmağa ehtiyac yoxdur:
"Rusiya Ermənistan xəttindən gələn idxala qarşı heç bir xüsusi qadağa tətbiq etmir. Bu, adi iş prosesidir. İndi bazara yeni məhsul daxil olur. Təbii ki, bu cür kütləvi daxilolmalar zamanı aparılan fitosanitar və keyfiyyət yoxlamaları gedişatında müəyyən nöqsanların aşkarlanması tamamilə normaldır".