BAKI, 10 noyabr. TELEQRAF

İran radiolokasiya şüalanma mənbələrinə tuşlanan “Hörmüz” raketini hazırlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri komandanının müşaviri Əli Balali məlumat verib.

O bildirib ki, raket radiolokasiya sistemlərinə qarşı mübarizə üçün hazırlanıb və radiolokasiya şüalanma mənbələrinə tuşlanma qabiliyyətinə malikdir.

Ə. Balalinin sözlərinə görə, bu, İranın raket sənayesinin mövcud texnologiyaların təkrar istehsalı mərhələsini keçdiyini və döyüş meydanının tələblərini nəzərə alaraq yeni silahlar yarada biləcəyini göstərir.