BAKI, 10 noyabr. TELEQRAF

Ermənistan nümayəndələri Moskvada keçirilən KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında iştirak etmirlər.

Teleqraf xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Bildirilib ki, görüşdən əvvəl KTMT üzv dövlətlərinin departament rəhbərləri və blokun digər nümayəndələri jurnalistlərə qrup şəkli çəkdirmək üçün yaxınlaşıblar.

"Ermənistandan nümayəndə yox idi və qrupda Ermənistan bayrağı nəzarətsiz qalıb", - məlumatda qeyd olunub.