BAKI, 1 iyun. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Rusiya Prezidenti Ermənistanın Baş nazirini ad günü münasibətilə təbrik edib.

Avrasiya İqtisadi Birliyinin Astanada keçirilən sammitinin nəticələri də müzakirə olunub.

Həmsöhbətlər həmçinin ikitərəfli və çoxtərəfli gündəlikdəki cari məsələlər barədə fikir mübadiləsi aparıblar. Nikol Paşinyan “fikir ayrılıqlarına səbəb olan bir sıra məsələlərdə balanslı mövqeyinə, dostcasına tonuna və dəstəyinə görə” Vladimir Putinə təşəkkür edib. Tərəflər münasib vaxtda müzakirələri görüş formatında davam etdirmək barədə razılığa gəliblər.