BAKI, 6 may. TELEQRAF

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasa da, artıq iki ölkə arasında sülhün bərqərar olub”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Artıq real sülhümüz var. Azərbaycanla sərhəddə heç bir atışma baş vermir, bir ildən çoxdur sərhəd atışmalar nəticəsində itki olmayıb. Üstəlik, Azərbaycan öz ərazisindən Ermənistana malların daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu, artıq sülhə doğru böyük addımdır.

Həmçinin Azərbaycanla ikitərəfli ticarətə başlamışıq, Azərbaycandan neft məhsulları alırıq və bəzi malları Azərbaycana satacağıq. Bu, sülhün sübutudur”, - o bildirib.