BAKI, 15 aprel. TELEQRAF
“Qərb ölkələri Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında öz qaydalarını tətbiq etməyə və ölkələrin kimlə münasibət quracağını diktə etməyə çalışır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Mərkəzi Asiyada maraqlı geosiyasi mübarizə gedir. Bu, Qərbin burada da öz qaydalarını tətbiq etmək, Mərkəzi Asiya dövlətlərinin kiminlə münasibət quracağını diktə etmək və onlarla münasibətlərin tənzimlənməsində aparıcı rol oynamaq cəhdləri ilə şərtlənir. Eyni şey, bəlkə də o qədər də aşkar görünməsə də, artıq Cənubi Qafqazda da özünü göstərir”, - Lavrov Pekində keçirdiyi mətbuat konfransında bildirib.