BAKI, 23 mart. TELEQRAF
“Avropa İttifaqının (Aİ) 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan arasında vasitəçilik səyləri nəticə verməyib”.
Teleqraf xəbər verir ki, bunu belçikalı analitik Alberto Turkstra Ermənistan mediasına açıqlamasında deyib.
Ekspert Aİ-nin o zaman iki ölkə arasındakı sülh prosesində vasitəçi rolunu oynamağa çalışdığını xatırladıb.
“Dönəmin Avropa Şurasının prezidenti Şarl Mişel bir neçə dəfə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşmüşdü. Təəssüf ki, bu görüşlər gözlənilən irəliləyişi təmin etmədi. Nəticədə, ABŞ-nin iştirakı ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda irəliləyiş əldə edildi. Hesab edirəm ki, bu, 30 ildən çox davam edən münaqişədən sonra davamlı sülhə doğru atılan vacib addımdır. Əlbəttə, bu, Avropa İttifaqının maraqlarından da irəli gəlir”, - Alberto Turkstra vurğulayıb.