BAKI, 18 mart. TELEQRAF

“TRIPP və ya “Tramp Marşrutu” layihəsi reallaşacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Baş nazir Nikol Paşinyanın İrandakı vəziyyətin ABŞ-in regiondakı maraqlarını müvəqqəti dəyişdirə biləcəyi barədə açıqlamasını şərh edərkən deyib.

İqtisadiyyat nazirinin sözlərinə görə, hər şey plan üzrə gedir.

“Problemlərin olduğu aydındır, amma ABŞ-nin yüksək səviyyəli siyasi bəyanatları da prosesin müəyyən müddətdən sonra başa çatacağına və İranla razılığa gəlinəcəyinə dairdir.

Düşünürəm ki, gündəliyimizə uyğun hərəkət etməliyik. Dünyada həmişə fərqli tektonik hərəkətlər ola bilər, amma biz öz yolumuzla irəliləsək və başqa işlərə qarışmasaq, lazım olan ünvana çatacağıq”, - Papoyan bildirib.