BAKI, 18 mart. TELEQRAF

“Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasını yüksək qiymətləndirirəm”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

“Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasını, iki ildən çoxdur bir əsgərin belə həlak olmamasını, gələcəkdə də həlak olmayacağını və bunun növbəti 2-22-122 ildə də dəyişməyəcəyini yüksək qiymətləndirirəm.

Keçmişdə müvəqqəti sülh (atəşkəs) dövrlərində onlarla, yüzlərlə əsgər həlak olub. Bütün bunları ona görə edirəm ki, övladlarımız həlak olmasın və bunu etməyə davam edəcəyəm. Çünki başqalarının övladlarının qanı üzərində əllərini isidənlər öz uşaqlarını ya ordudan azad edib, ya da onları Amerika, Rusiya, Fransa və başqa ölkələrin vətəndaşlığına keçiriblər”, - o bildirib.