BAKI, 18 mart. TELEQRAF
“Ermənistandan Azərbaycana məhsul ixracı ilə bağlı tərəflər arasında müzakirələr aparılır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkəsindən Azərbaycana mümkün məhsul ixracı ilə bağlı danışarkən deyib.
“Təklif vermişik, artıq ixrac üçün müəyyən edilmiş konkret məhsul mövcuddur, hər iki tərəfin iş adamları bununla bağlı danışıqlar aparır, müzakirə edirlər”, - nazir bildirib.