BAKI, 24 fevral. TELEQRAF

“Ölkələr arasında müdafiə də daxil olmaqla müxtəlif sahələrdə mövcud əlaqələri nəzərə alsaq, bu cür tədbirlər (keçən il keçirilən Ermənistan-İran hərbi təlimləri nəzərdə tutulur - red.) gələcəkdə də baş tuta və daha genişmiqyaslı ola bilər”.

Teleqraf xəbər verir ki, bunu İranın Ermənistandakı Xəlil Şirqulami deyib.

O xatırladıb ki, hazırda Ermənistan müdafiə naziri Suren Papikyan Tehranda rəsmi səfərdədir, bu da iki ölkə arasında münasibətlərin yüksəlişindən xəbər verir: “Bu, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafını bir daha sübut edir. Bu səfər çərçivəsində tərəflər müxtəlif mövzular üzrə fikir mübadiləsi apara və əməkdaşlığı dərinləşdirə biləcəklər”.

Şirqulami iddia edib ki, Ermənistan-İran sərhəd həmişə “sülh sərhədi” olub və hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir, hərbi sahədə əməkdaşlıq isə əlaqələr, sərhədlərin toxunulmazlığı və hər iki ölkənin ərazi bütövlüyünün qorunmasına əsaslanır.