BAKI, 6 fevral. TELEQRAF
“Türkiyənin ÜDM baxımından və iqtisadi cəhətdən ən böyük qonşumuz və sərhədin açılması imkanımızın olması çox yaxşıdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan iki ölkə arasında sərhədin hansı şərtlər və nə vaxt açılacağı ilə bağlı sualı şərh edərkən bildirib.
“Ümid edirəm ki, yaxın gələcəkdə bununla bağlı müsbət və yaxşı xəbərlər olacaq”, - nazir qeyd edib.