BAKI, 3 fevral. TELEQRAF

“Ermənistan enerji sistemini dörd qonşusu - Azərbaycan, Gürcüstan, Türkiyə və İranla sinxronlaşdırmaq niyyətindədir”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.

Nazirin sözlərinə görə, hazırda sinxronizasiya üçün heç bir texniki maneə yoxdur, amma layihənin həyata keçirilməsi üçün konkret vaxt müəyyən edilməyib. Xudatyan 2025-ci ildə Türkiyəyə səfərini və orada türk həmkarı ilə görüşünü xatırladıb.

“Enerji sistemlərinin sinxronlaşdırılması təkcə prioritet deyil, həm də elektrik enerjisinin idxal və ixracı baxımından kommersiya əhəmiyyətinə malikdir və bütün enerji sisteminin sabitliyini təmin edir. İnteqrasiya olunmuş elektrik şəbəkələri qarşılıqlı olaraq sabitliyi artırır”, - erməni nazir vurğulayıb.