BAKI, 26 yanvar. TELEQRAF
Azərbaycan 2026-cı ilin əvvəlində dünyada hərbi güc göstəricisinə görə 60-cı yerdə qərarlaşıb.
Teleqraf xəbər verir ki, bunu “Global Firepower”in (GFP) hərbi reytinqinin məlumatları göstərir.
Rusiya ənənəvi olaraq ikinci yerdədir, reytinqin birincisi isə ABŞ-dir. İlk onluqda Çin, Hindistan, Cənubi Koreya, Fransa, Yaponiya, Böyük Britaniya, Türkiyə və İtaliya da yer alıb.
Cənubi Qafqazda bu baxımdan lider ölkə Azərbaycandır. Ölkəmiz 60-cı, Gürcüstan 95-ci, Ermənistan isə 101-ci yerdə qərarlaşıb.
İran siyahının 16-cı pilləsindədir.
Reytinqdə 145 ölkənin hərbi güc indeksi hesablanarkən 60-dan çox faktor nəzərə alınır, o cümlədən ölkənin maliyyə vəziyyəti, coğrafi mövqeyi, logistika imkanları və sair.