BAKI, 8 yanvar. TELEQRAF
Ermənistana Azərbaycandan premium və adi benzin, həmçinin dizel yanacağı gətirilir.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
"İlkin qiymətləndirmələrə görə, qiymət bazarda bildiyimiz qiymətdən 80 dram ucuz olacaq. İdxalı eyni sahibkarlar həyata keçirir",- o qeyd edib.
Xatırladaq ki, yanvarın 8-də Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçirilir.