BAKI, 30 dekabr. TELEQRAF

“Elə bir müxalifətlə qarşı-qarşıyayıq ki, onun məqsədi Ermənistan dövlətçiliyinin möhkəmləndirilməsi deyil”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Administrasiyasının rəhbəri Araik Arutyunyan deyib.

“Onlara (Robert Köçəryan və Serj Sərkisyana – red.) heç “keçmiş” (prezident) də deməyə ehtiyac yoxdur. Onlarda vassal sindromu var, artıq Ermənistanda bu sindrom darmadağın edilir. Xüsusilə 2023-cü ilin sentyabr hadisələrindən sonra açıq şəkildə göründü ki, dövlətçilik və suverenlik onlar üçün prioritet deyil. Onlar bu vassal rolunu üzərlərinə götürməyə hazırdırlar, amma biz buna imkan verməyəcəyik.

Ermənistan cəmiyyəti də buna imkan verməyəcək. Çünki cəmiyyət dövlətçilik və suverenliyin qiyməti və rolunu çox aydın şəkildə dərk edib”, - Arutyunyan bildirib.