BAKI, 19 dekabr. TELEQRAF
Bu dəqiqələrdə 1300 ton həcmində 22 vaqon Azərbaycan istehsalı Aİ95 benzini Azərbaycan-Gürcüstan dəmir yolu vasitəsilə Gürcüstana çatdırıldıqdan sonra Gürcüstan-Ermənistan sərhədini keçir.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
“Bəlkə də bu, təkcə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından sonra deyil, ümumiyyətlə, müstəqillik dövründən sonra Ermənistan və Azərbaycan arasında həyata keçirilən ilk ticari-iqtisadi əməliyyatdır”, - o bildirib.