BAKI, 15 dekabr. TELEQRAF
Taxıl yüklərinin Azərbaycan və Gürcüstan vasitəsilə yaxın vaxtlarda Ermənistana çatdırılması planlaşdırılır.
Teleqraf xəbər verir ki, Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan ölkəyə yeni taxıl partiyalarının gətiriləcəyini açıqlayıb.
O, tədarükçü ölkənin adını və yüklərin İrəvana dəqiq daxilolma tarixini açıqlamayıb:
"Taxılın həcmi ilə bağlı məlumat yüklər ölkəyə daxil olduqdan sonra təqdim ediləcək".
Xatırladaq ki, Rusiya buğdası Azərbaycan vasitəsilə noyabrın 5-də, Qazaxıstan buğdası isə noyabrın 8-də Ermənistana çatdırılıb. Bunlar son 35 ildə Azərbaycan və Ermənistan arasında ilk birbaşa dəmir yolu daşımaları olub.