BAKI, 8 dekabr. TELEQRAF
“NATO-ya üzvlük prosesi heç vaxt tam şəkildə sabit olmayıb, şərtlər daim dəyişir”.
Teleqraf xəbər verir ki, bunu “Gürcüstan üçün Qaxariya” partiyasının üzvü Tata Xvedeliani deyib.
Partiya nümayəndəsi ABŞ-nin 2025-ci il üçün Milli Təhlükəsizlik Strategiyasının NATO ilə bağlı hissəsini belə şərh edib:
“Bu sənəd bizə o mesajı verir ki, uzunmüddətli sülh dünya, o cümlədən bizim üçün daha vacibdir. Bu mesaj o deməkdir ki, demokratiyanın keyfiyyəti daha yüksək olmalı və seçimimizi son nöqtəyə çatdırmaq üçün hər şeyi etməliyik. Əlbəttə, Avro-Atlantik istiqamətdə uğurlu addımlar atmalıyıq”.
ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında qeyd olunur ki, Avropada NATO-nun davamlı genişlənən alyans kimi qəbul edilməsi fikrinə son qoyulmalıdır.