BAKI, 24 noyabr. TELEQRAF

“Bəzi konkret qüvvələr Ukraynadan yem kimi istifadə etdilər, Gürcüstana qarşı da belə cəhdlər olmuşdu”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

Baş nazirin sözlərinə görə, Gürcüstanda sülhün qorunması və ölkənin inkişafının davam etməsi üçün mübarizə davam etməlidir:

“Ukrayna və xalqına qarşı o narahatedici münasibəti görürük. Müəyyən qüvvələr Ukraynanı top yeminə çevirdilər. Gürcüstana qarşı da belə cəhdlər olmuşdudu, amma məhz bizim prinsipial mövqeyimiz və mübarizəmiz nəticəsində bu mənfi ssenarini ölkəmiz üçün önləyə bildik, bu, çox çətin idi. Bunun üçün böyük səylər lazım oldu, görürdünüz, ölkəmizə necə böyük təzyiq göstərilirdi və nə qədər ədalətsizlik edilirdi.

Bizim bacardığımızı, təəssüf ki, bizim dost ölkəmiz - Ukrayna bacarmadı, bu, faciəvidir. Bu müharibənin humanitar nəticələrinin necə olduğunu gördünüz. Nə qədər insan tələfatı oldu, iqtisadiyyat və infrastruktura nə qədər ziyan dəydi. Ölkəni məhv olmaq həddinə gətiriblər, inqilab təşkil etdilər və bundan sonra baş verənlərə görə heç kim məsuliyyəti üzərinə götürmədi. Bu, faciəvidir. Biz isə ölkəmizdə bu ssenarinin qarşısını almağa nail olduq”.