TBİLİSİ, 25 sentyabr. TELEQRAF
Böyük Brinatiya səfiri Haret Uord Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Səfir XİN binasına daxil olarkən jurnalistlərə açıqlama verməkdən imtina edib.
Qeyd edək ki, ötən gün Almaniyanın Gürcüstandakı səfiri XİN-ə çağırılmışdı.