BAKI, 7 noyabr. TELEQRAF
Polşanın Krakov şəhərinin mərkəzi meydanında baş verən silahlı insident nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.
Polis hücum edən şəxsi polis yaralayaq saxlayıb.
Araşdırmalar davam etdirilir.
***
20:22
Polşanın Krakov şəhərinin mərkəzi meydanında baş verən atışmada iki nəfər ölüb, on nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib. Naməlum şəxs avtomobillə şəhərin əsas bazar meydanı istiqamətində hərəkət edərkən yoldan keçən insanlara atəş açıb.
Polşanın Baş naziri Donald Tusk hadisəyə münasibət bildirib: "Daxili işlər naziri faciəvi atışmadan sonra Krakovdakı vəziyyət barədə məni məlumatlandırır. Polis hücumun bütün hallarını araşdırır".