BAKI, 7 noyabr. TELEQRAF
Suriya qoşunlarının Yəmənə göndərilməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.
Teleqraf xəbər verir ki, bu barədə SANA xəbər agentliyi Suriyadakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
"Suriya hərbi birləşmələrinin Yəmənə göndərilməsi ilə bağlı hər hansı bir söhbət hazırda tamamilə əsassızdır. Suriyanın yaxın gələcək üçün prioritetləri daxili təhlükəsizliyin gücləndirilməsi, ölkənin yenidən qurulması və iqtisadi dirçəlişə nail olmaqdır", - məlumatda qeyd olunur.
Səudiyyə Ərəbistanı ilə mövcud müqavilələr hərbi təlim, təcrübə mübadiləsi və hərbi məsləhətləşmələri nəzərdə tutur.
Mənbə həmçinin bildirib ki, gələcəkdə bu əməkdaşlıq birgə müdafiə müqaviləsinə çevrilə bilər və ya Suriyanın Məkkə Paktına qoşulmasına gətirib çıxara bilər.