BAKI, 7 noyabr. TELEQRAF

ABŞ-də Tayvan üçün istehsal edilən daha üç F-16V qırıcı təyyarəsinin yaxın vaxtlarda adaya çatacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Tayvanın müdafiə naziri Qu Lixiong açıqlama verib.

Nazir bildirib ki, ABŞ-dən alınan F-16V qırıcılarının ikinci partiyasına daxil olan üç təyyarə tezliklə Tayvana çatacaq:

"Təyyarələr ABŞ-dən yola düşdükdən sonra Havay və Quam adalarında dayanacaq. Daha sonra Tayvanın Taytung qraflığında yerləşən Jihang hava bazasına göndəriləcək".

Qeyd edək ki, ilk iki F-16V qırıcısı da eyni marşrutla oktyabrın 2-də Tayvana çatıb.