BAKI, 7 noyabr. TELEQRAF
Polşa Ukraynadakı münaqişə başa çatdıqdan və Rusiya siyasətini dəyişdikdən sonra Moskva ilə münasibətləri bərpa edə bilər.
Teleqraf xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.
O bildirib ki, Moskva siyasi kursunu dəyişəcəyi təqdirdə belə bir ssenari mümkün ola bilər. Bəzi Polşa siyasətçiləri qarşı tərəf öz siyasətini dəyişdiyi halda Varşavanın da mövqeyini dəyişə biləcəyini nəzərə almırlar.