BAKI, 7 noyabr. TELEQRAF

İraq Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə ixrac limitlərini artırmaq üçün danışıqlar aparır və neft hasilatını artırmaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin neft naziri Bassem Mohammed Xudair İraqın INA xəbər agentliyinə verdiyi müsahibədə bildirib.

Nazirin sözlərinə görə, İraqın istehsal gücü ixrac imkanlarını üstələyir, lakin ölkə OPEC tərəfindən müəyyən edilmiş məhdudiyyətlərə riayət etməyə davam edir.

Xudayr qeyd edib ki, İraqın konkret şəraiti və ölkənin son beş onillikdə üzləşdiyi çətinliklərin xarakteri nəzərə alınmaqla, ixrac limitinin artırılması üçün OPEC ilə dialoq aparılır.

Nazir həmçinin təsdiqləyib ki, İraq ölkənin gündəlik 4,431 milyon barel hasilat limitini qoruyub saxlayır.