BAKI, 7 noyabr. TELEQRAF

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bəyan edib ki, Ermənistan tərəfi “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin icrası zamanı heç bir vaxt İrana qarşı addımlara yol verməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə o yerli telekanallara müsahibəsində deyib.

O, ABŞ və İran arasındakı gərginlik fonunda TRIPP layihəsinin reallaşdırılmasının anti-İran xarakteri daşıması ehtimalına toxunub:

“Biz heç bir vaxt İrana və ya hər hansı digər qonşumuza qarşı yönəlmiş proseslərə qoşulmarıq və qoşula da bilmərik. Bu, bizim prinsipial siyasi mövqeyimizdir.

İkincisi, TRIPP tamamilə iqtisadi layihədir. Bu layihəsi çərçivəsində orada bir nəfər də olsun silahlı əsgər yerləşdirilməyəcək".