BAKI, 7 noyabr. TELEQRAF
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silahların daşınmasına qarşı mübarizə aparmaq üçün işçi qrupu yaradıb.
Teleqraf xəbər verir ki, Mərkəzi Komandanlığın açıqlamasında deyilir: "ABŞ Mərkəzi Komandanlığının rəhbəri 7 noyabrda ABŞ hökumətinin İranın quru yollarından istifadə edərək qabaqcıl silahlar və digər yüklərin daşınmasının qarşısını almaq səylərini dəstəkləyəcək işçi qrupunun yaradılması barədə göstəriş verib".
"Dəmir Qapı" adlandırılan xüsusi qrup Floridada yerləşəcək və "qabaqcıl silah sistemlərinin, ikili təyinatlı texnologiyaların, sanksiyalı materialların İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə hərəkətinin qarşısını almaq və qanunsuz gəlir axınlarını pozmaq üçün digər ABŞ agentlikləri ilə əlaqələndiriləcək.