BAKI, 7 noyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, eləcə də regional və qlobal proseslər müzakirə olunub.
Türkiyə Prezidenti İran və ABŞ arasında gərginliyin sona çatmasının, mövcud problemlərin isə diplomatik yollarla həll edilməsinin vacibliyini qeyd edib. O, Türkiyənin sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcəyini bildirib.
Ərdoğan, həmçinin Ukrayna-Rusiya müharibəsinin başa çatdırılması üçün intensivləşən diplomatik səylərin müsbət nəticə verəcəyinə ümidini ifadə edib.
Ərdoğan Donald Trampa Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə göstərdiyi dəstəyə görə təşəkkür edib.