BAKI, 19 sentyabr. TELEQRAF
Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın fərmanı ilə Edqar Hunanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilib.
Teleqraf xəbər verir ki, qərar Ermənistan Baş naziri Nikol Paşinyanın təklifi ilə verilib.
Qeyd edək ki, Edqar Hunanyan 2024-cü ilin iyulunda Ermənistan Sərhəd Qoşunlarının komandanı təyin olunmuşdu.